19 Nisan 2016 Salı

Rus politoloq: “Türkiyə Qarabağ danışıqlarında Bakının mövqeyini gücləndirir”

Artıq xəbər verdiyimiz kimi, Türkiyə Baş Qərargahının sabiq rəisi Ülkər Başbuğ bu günlərdə çoxlarının təəccübünə səbəb olan bir etiraf edib. Belə ki, nüfuzlu general Ərzrumdakı Atatürk Universitetində çıxış edərkən deyib: “Həmişə tək millət, iki dövlət deyirik. Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Lakin bu iki dövlətin birləşməsi mümkün deyil, bunu etməzlər. Kaş ki, şərtlər uyğun olsaydı…”.

Virtualaz.org xatırladır ki, ümumiyyətlə, son yüz ildə bu iki xalqın birləşməsi ideyası bir neçə dəfə qabardılıb.

Bu istər keçən əsrin əvvəlindəki türk gənclərinin, istərsə də rus çarlığı ilə mübarizəyə qalxan Azərbaycan ziyalılarının ülvi arzularından biri olub. Bu ideya 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazanandan sonra da gündəmə gətirildi. Özü də həm Türkiyə, həm də Azərbaycandakı müxtəlif şəxslər və qurumlar tərəfindən. Yeri gəlmişkən, prezidentin xarici məsələlər üzrə keçmiş müşaviri Vəfa Quluzadə də Azərbaycan-Türkiyə konfederasiyasının yaradılması ideyası ilə çıxış etmişdi. Amma həmin ideya onda da Azərbaycan hakimiyyəti və xalqı tərəfindən dəstəklənmədi. Azərbaycanlılar öz dövlətlərinin müstəqilliyi ilə qürur duyur və bu müstəqilliyi qətiyyətlə müdafiə edib qoruyacaqlarını bildirirdilər.

Və budur, köhnə ideya yenidən gündəmə gətirildi. Özü də Türkiyə generaliteti tərəfindən.

Məşhur rusiyalı politoloq Sergey Markedonov virtualaz.org-a bildirib ki, generalın açıqlaması heç də “birləşmək prosesi üzrə təcili danışıqlara başlamaq lazımdır” demək deyil: “Soruşa bilərsiniz ki, bəs onda bu cür bəyanat nəyə lazımdır? Zənnimcə, səbəb məlumdur: Ankara bununla son vaxtlar aktuallaşan Qarabağ üzrə danışıqlarda Bakının diplomatik mövqeyini gücləndirir. Düzdür, bu həmrəyliyin ictimai nümayişinin nə qədər səmərəli olacağını demək çətindir. Amma bu vasitədən istifadə olunur”.

Millət vəkili Zahid Oruc İlkər Başbuğu Türkiyənin həm siyasi, həm də hərbi elitasında tanınmış, xalq tərəfindən sevilən bir sima hesab edir və fikirlərinə sayğı ilə yanaşır: “Amma mən daha çox müstəqil dövlət kimi qalmağın tərəfindəyəm. Mənə elə gəlir ki, güclü Azərbaycan dövləti Türkiyənin də maraqları daxilindədir. Ona görə də Ankara regionda güclü müttəfiqinin olmasını istəyirsə, Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləməlidir”.

Azadliq.az

Azərbaycan diplomatlarının sifarişi: 2000 litr pivə 1100 litr çaxır 40 min siqaret

Avstraliyanın nüfuzlu qəzetlərindən olan “The Age” Azərbaycan səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasiyevin qəribə sifarişləri barədə məqalə dərc edib.Virtualaz.org-un məlumatına görə, məqalədə bildirilir ki, səfirlik Avstraliya hökumətinə müraciət edərək böyük miqdarda alkoqollu içkinin və siqaretin rüsumsuz gətirilməsinə icazə verilməsini xahiş edib.

Xatırladaq ki, səfirin qanunsuz alkoqollu içki və siqaret biznesi ilə məşğul olduğu ilk dəfə 2015-ci ilin sentyabrında, səfirliyin əməkdaşı Anar Qasımovun Azərbaycana qayıtmaqdan imtina etməsindən və Kanberrdən siyasi sığınacaq istəməsindən sonra məlum olmuşdu.

Anar Qasımov bildirmişdi ki, səfirlikdə qanunsuz alkoqollu içki və siqaret biznesi ilə bağlı faktların üstünü açdığına görə onu təqib edirlər.

İndi isə Avstraliyanın məşhur qəzeti əldə etdiyi sənədlərə əsasən yazır ki, səfir və mühasib öz diplomatik statuslarından istifadə edərək hökumətdən 2000 litr pivə, 1100 litr çaxır, 520 litr spirt və 40000 siqaretin rüsum ödənilmədən ölkəyə gətirilməsinə icazə verilməsini xahiş ediblər.

Qəzet yazır ki, düzdür, diplomatlar yerli qanunlar çərçivəsində hərəkət ediblər. Belə ki, Avstraliya hökuməti diplomatik korpus üçün bu həcmdə alkoqollu içkinin və siqaretin rüsum ödənilmədən gətirilməsinə icazə verir. Amma eyni zamanda təəccübünü də gizlətmir ki, müsəlman ölkəsinin azsaylı diplomatik missiyasına bu qədər alkoqollu içki və siqaret nə üçün lazımdır?!

Jurnalistlər Azərbaycan səfirliyinə Avstraliyada yaşanan bir sıra diplomatik qalmaqallardan sonra diqqət yetirməyə başlayıblar. Məsələn, bir az əvvəl məlum olub ki, Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşları yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri ödəməkdən uzun müddət imtina ediblər.

Azərbaycanlı diplomatların gətirdiyi bu məhsullara gəlincə, jurnalistlər istisna etmirlər ki, onlar sonradan “qara bazar”da peyda ola bilərdi…

Bununla belə, Araz Xasıyev yerli jurnalistlərə bildirib ki, səfirliyin adıçəkilən məhsulların gətirilməsi üçün icazə istəməsi hələ o demək deyil ki, onlar ölkəyə gətirilib.

“Sizə elə gəlir ki, mən o qədər içə və işləməyə davam edə bilərəm?!”, – deyə A.Xasıyev hətta zarafat da etmək istəyib.

Azadliq.az

Vladimir Putinin iştirakı ilə Qarabağ danışıqlari başlayır - Moskva “güzəştlər paketi” hazırlayıb!

Yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi başlanacaq. Prezident Putin bu danışıqlarda kompromislərin əldə olunması üçün aktiv səy göstərəcək”.Strateq.az bildirir ki, bu barədə “İzvestiya” qəzetinə diplomatik dairələrdəki etibarlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiya prezidenti hər iki tərəfin siyasi liderlərini şəxsən güzəştlərin vacibliyinə inandırmağa hazırdır.

Mənbənun sözlərinə görə, Rusiyanın təklif etdiyi həll planına görə, ərazinin bir hissəsi Azərbaycana qaytarılır, münaqişə bölgəsinə sülhməramlılar gətirilir, qaçqınlar geri qayıdır. Blokada götürülür, Ermənistanla iqtisadi əlaqələr bərpa olunur. Bundan sonra Dağlıq Qarabağın müqəddəratı ilə bağlı referendum keçirləcək. Lakin tərəflərin heç biri bu planla razı deyil.

“Qarşıda ağır danışıqlar durur. Burada Rusiyanın köməyi olmadan keçinmək mümkün olmayacaq”, -deyə mənbə qəzetə bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin canlı efirdə sualları cavablandırarkən Qarabağ münqaişəsinin həlli ilə bağlı sualını cavablandırarkən maraqlı məqamları açıqlayıb. Putin deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması üçün nə lazımdırsa edəcək.

Prezident bildirib ki, Rusiya tam olaraq həm Azərbaycan, həm də Ermənistanla işləmək istəyir: “Bu çox həssas mövzudur. Biz bu məsələyə məşhur tibbi prinsiplə yanaşmalıyıq: “Zərər vermə!”. Qarabağ məsələsi istisinasız olaraq siyasi metodlarla, hər iki tərəfin kompromisləri əsasında həll edilməlidir”, – deyə Putin qeyd edib.Xatırladaq ki, prezidentinin köməkçisi Əli Həsənov bazar günü «Xəzər TV»yə müsahibəsində bildirib ki, yaxın günlərdə Qarabağ nizamlanması üzrə danışıqların intensiv mərhələsi başlanacaq.

Sonra o deyib ki, ermənilər RF prezidenti Vladimir Putinin çağırışından sonra atəşi dayandırmağa razılaşıblar.Eyni zamanda tanınmış moskvalı politoloq, RF prezidenti yanında İctimai Palatanın üzvü Sergey Markov bildirib ki, gələcək saziş Qarabağ ətrafında ən azı 5 rayonun azad edilməsini nəzərdə tutur. Bu, cari ilin sonunadək baş verməlidir.

Xatırladaq ki, RF XİN rəhbəri Sergey Lavrov Bakıda olarkən Qarabağ ətrafında rayonların azad edilməsindən və regionun statusunun müəyyən olunmasından danışıb.
Azadliq.az

Erməni icmalçısı: “Rusiya təcili olaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməlidir”

Erməni rəhbərliyini kapitulyasiya qərarına sövq etməyə cəhdi iqtidar partiyalarının həyəcanlı davranışında görmək olar. Bu barədə erməni icmalçısı Naira Ayrumyan “Lragir.am” saytında yazır.

“Partiya sübut edib ki, ölkədə hakimiyyətini qoruyacağına dair zəmanət olduğu halda, ölkə və millət üçün ölümcül olan güzəştlərə getməyə hazırdır. Ermənistanın Respublika partiyasının güzəştlərə getmədiyi halda, ölkədə “asayiş pozuntularının” baş vercəyinə dair siqnalların alması mümkündür” yazıda bildirilir.

Siyasi icmalçının fikrincə, öz hakimiyyətini qorumaq üçün Ermənistanın Respublika partiyası və digər erməni qüvvələri artıq bir sıra millət əleyhinə olan qərarlar qəbul ediblər: həm Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması, həm Aİ Asossiasiyasından imtina, həm Rusiya ilə İrandan daha ucuz qazın və üçüncü ölkələrdən “alternativ” silahın alınmasını qadağan edən məcburi müqavilələr.

N.Ayrumyan əminliklə bildirir ki, “Bu güzəştlər artıq son həddə çatıb və öz hakimiyyətini qorumaq üçün “son” güzəşt Qarabağ torpaqları ola bilər”.

N.Ayrumyan Ermənistan üçün qənaətbəxş olmayan nəticələrə gəlib:

“Rusiya indi güclü pressinq aparır. Bir neçə dolayı addımı göstərmək olar – Putin erməniləri islam mobilləşməsi ilə “qorxutmaq” üçün Lukaşenkonu İslam Əməkdaşlıq Təşkilatının iclasına ezam edib. Rusiya deputatları Yerevana gələrək erməni həmkarları ilə müştərək bəyanata qol çəkməkdən imtina etdilər.

Pressinq güclənir, amma erməni hakimiyyəti bu haqda açıq bəyan etməkdən və başqa yerdə müttəfiq axtarmaqdansa, Ermənistanın alternativsizliyini bəyan edirlər. Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarsa, biz müttəfiqsiz qalarıq, bunu xarici işlər nazirinin müavini Şavar Koçaryan bəyan edir. Yəni XİN Ermənistanı manevr məkanından məhrum edərək, başqa müttəfiqlərlə danışıqlar imkanını heç nəzərdən də keçirmir.

Əgər indiyə qədər Rusiya Qafqazda qalmaq üçün daima “sabitliyi” və Qarabağ münaqişəsinin həll edilməməsini dəstəkləyirdisə, indi Rusiya təcili olaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməlidir, əks halda, bu münaqişə onsuz həll ediləcək”.
Azadliq.az

Gürcistan marneulidə erməni sürücü azərbaycanlı uşağı öldürdü

Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndində erməni sürücü kənd sakini olan 10 yaşlı azərbaycanlını vurub. Hadisə kənddə etiraza səbəb olub. “Qafqazinfo”nun ans-ə istinadən xəbərinə görə, Ermənistanla Gürcüstanı birləşdirən magistral yolun təxminən 2 km-lik hissəsi Sadaxlı kəndinin ərazisindən keçir.

Sakinlərin sözlərinə görə, 4-cü sinif şagirdi Əlinin başına gələn hadisə, kənd ərazisində ilk deyil. Kənd sakini Eldar Əliyevin sözlərinə görə, 5 il ərzində bu yolda 13 faciə baş verib. Sadaxlı kənd bələdiyyəsinin nümayəndəsi Rafael Xəlilov rayon rəhbərliyinin də hadisə yerinə gəldiyini və problemlə tanış olduqlarını deyir:

“Yol təzə təmir olunub. İndi layihədə nəzərdə tutulub ki, bu yollara maneələr qoyulacaq. Hazırda bunula bağlı tender elan olunub. Yaxın günlərdə bu işlərin həyata keçirilməsinə başlanılacaq”. Erməni avtomobillərinin zərbəsinə tuş gələn azərbaycanlıların sayının artmaması üçün deyilən tədbirlərin nə zaman görüləcəyi hələ ki dəqiq məlum deyil.

8 Haziran 2015 Pazartesi

Beyleqanda yük avtomobili yandı, cüceler telef oldu

Beyləqanda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonu, Beyləqan-Bəhramtəpə yolunun 25-ci kilometrliyində vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin banı və banına karton taralarda yığılmış cücələr yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə : Lent.az

FİFA ve Blatter haqda film 2 güne cemi 607 dollar yığıb

FİFA və onun prezidenti Jozef Blatter haqda “Arzunun liqası” filmi Amerika prokatında ilk iki gündə 607 dollar toplayıb. Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, kinolent ölkənin 10 kinoteatrında nümayiş etdirilib. Los-Anceledə premyeraya iki nəfər gəlib, Finiksdə isə cəmi bir bilet satılıb. Qeyd edək ki, filmin büdcəsi 24 milyon avro olub. Çəkilişlər üçün 22 milyon dolları elə FİFA-nın özü verib. Filmdə Blatter rolunu Tim Rot ifa edib. Filmə həmçinin, təşkilatın üçüncü prezidenti olmuş Jüli Rimenin rolunu canlandırmış Jerar Depardye çəkilib. Əlavə edək ki, ABŞ-da filmin premyerası korrupsiya qalmaqalına görə Blatterin istefa verməsindən bir neçə gün sonraya təsadüf edir. 
Mənbə : Lent.az